Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada 32 jurnalist qətlə yetirilib

Müharibə başlayandan sonra Ukraynada 32 media nümayəndəsi həlak olub.

Bu barədə Ukrayna Ali Radasının spikerinin birinci müavini Aleksandr Kornienko “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

“Ukraynada jurnalistlər günü. Genişmiqyaslı işğal başlayandan bəri 32 media nümayəndəsi həlak olub. Biz həlak olanların xatirəsini ehtiramla yad edirik. Ukraynanı informasiya cəbhəsində müdafiə edənlərin hamısına cəsarət və güc arzu edirik. Fəaliyyətiniz üçün təşəkkür edirik!”, - deyə Kornienko qeyd edib.