Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna yenidən kütləvi raket hücumuna məruz qalıb: Xeyli ölənlər və yaralanan var

Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi raket hücumu olub.

Rusiya ordusunun tərəfindən edilən hücum bu gün səhər yerli vaxtla 07.10 radələrində başlayıb. Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum olub. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Ən çox Kiyev və Xakrova ziyan dəyib. Günorta saatlarına olan məlumata görə, 20 nəfər həlak olub, 100 nəfər yaralanıb, xəbəri Ukrayna KİV-ləri yayıb.

Raket zərbələri yaşayış binamarına və mülki obyektlərə endirilib, xəsarət alanlar arasında çox sayda uşaq var. Dağıntılar təmizləndikcə xəsarət alanların sayı artacaq.

Ukrayna tərəfi 41 raketdən 21-nin vurulduğunu bildirib.