Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna səfiri təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Səfir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi dərin hüznlə başsağlığı verir və Ukraynanın Qazaxıstandakı səfirliyi ilə koordinasiyalı şəkildə bu dəhşətli təyyarə qəzası ilə bağlı məlumatları dəqiqləşdirir və hadisəni araşdırır", - səfir yazıb.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan “Azerbaijan Airlines”a məxsus “Embraer” təyyarəsi bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.