Portuqaliyanın baş naziri Antonio Kosta ukraynalı həmkarı Denis Şmıqalın dəvəti ilə Ukraynaya gəlib və İrpinə baş çəkib.
Kosta səfəri barədə Twitter-də paylaşım edib.
Baş nazir İrpen səfərini "unutmayacağını" deyib:
"Məhv və zorakılığın səviyyəsi tamamilə dağıdıcıdır. Mən qəddar, özbaşına və əsassız hücumların şahidi oldum. Müharibə həmişə günahsız insanlara toxunur. Burada insanlar, işini, evini, - hər şeyini tərk edərək canlarını qurtarmağa çalışıblar. Ən çox mülki şəxslərə qarşı zorakılıq məni heyrətləndirir”.
Portuqaliya hökumətinin başçısı bildirib ki, səfəri Ukrayna xalqı ilə həmrəylik xarakteri daşıyır.