Ukrayna Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışır
02 May 2023
“Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışırıq”.
UNIAN xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.
O, Rusiya ilə Krım arasında əlaqənin kəsilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.
A.Çernyak deyib ki, Rusiya istiqamətində körpüdə kilometrlərlə uzunluğunda yaranan tıxaclar bunun sübutudur.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Krım azad olunmadan müharibənin başa çatmayacağını bildirib.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı qanunsuz şəkildə ilhaq edib.