Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya ilə əməkdaşlıq edən şəxslərə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya dəmir yolu nəqliyyatında yardım edən 185 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edən fərman imzalayıb.

Bunu Zelenski özünün Telegram kanalında deyib:

“Söhbət 185 şirkət və fiziki şəxsdən gedir. Onların Ukraynadakı aktivləri bloklanıb, əmlak bizim müdafiəmiz üçün istifadə olunacaq”.

Ukrayna Prezidentinin saytında dərc olunan siyahıda 3 fiziki və 182 hüquqi şəxs var.