Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Qara dənizdə Rusiyanın desant gəmisini məhv edib

Ukrayna Qara dənizdə Rusiya donanmasına məxsus desant gəmisinə dron zərbəsi endirib.

"Reuters" xəbər verir ki, Ukrayna KİV-i Krımın cənub sahillərində üzən gəmidən tüstü qalxmasını, həmçinin dəniz üzərində uçan helikopterlərin əks olunduğu görüntülər paylaşıb.

Ukraynalı deputat Aleksey Qonçarenko USQ tərəfindən hədəfə alınmış gəminin Rusiyanın 2008-ci ildə Gürcüstandakı hərbi əməliyyatlarında iştirak etmiş "Sezar Kunikov" desant gəmisi olduğunu bildirib.

Ukrayna ordusunun Baş Qərargahı Rusiya hərbi gəmisinin vurulması faktını təsdiqləyib.

Dron zərbəsi nəticəsində gəmi batıb.