Ukrayna prezidentinin ofisi ölən hərbçilərin sayını açıqladı - İLK DƏFƏ
11 İyun 2022
Rusiya Federasiyasının xüsusi əməliyyatı başlayandan bəri ilk dəfə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin itkilərinin sayını açıqlayıb.
Bu barədə A.Arestoviç TSN agentliyinə müsahibəsində bildirib.
“Münaqişənin əvvəlində bizdə gündə orta hesabla 100 əsgər ölürdü”,- deyə Arestoviç bildirib.
"Ukrayna ordusunun 10 minə qədər əsgər itirdiyini söyləmək olarmı", sualına Arestoviç belə cavab verib:
“Bəli, haradasa olar”.
O, həmçinin Ukraynaya silah ötürməkdə çox ləng davranan Qərb müttəfiqlərini də tənqid edib.
Qeyd edək ki, bir gün əvvəl prezident aparatının rəhbərinin digər müşaviri Mixail Podolyak demişdi ki, Ukraynanın gündəlik itkiləri 100-200 döyüşçüdür.
Xatırladaq ki, cümə axşamı Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, müharibəsə gün ərzində100-ə qədər hərbçi həlak olur, 500-ə qədər hərbçi yaralanır.