Ukrayna Prezidenti: ABŞ danışıqlardan çıxa bilər, bizə çətin olacaq
10 Aprel 2026
Ukrayna sentyabr ayına qədər cəbhədə Rusiyanın, danışıqlarda isə ABŞ-ın ağır təzyiq dövrünə girir.
Ukrayna mediasının məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
Onun sözlərinə görə, avqust ayında ABŞ danışıqlardan çıxa bilər.
"Əgər Rusiya deeskalasiya yolunu seçərsə, mən hesab edirəm ki, üçtərəfli görüş keçiriləcək. Və onlar bunu aprel, may və ya iyun aylarında keçirməyə çalışacaqlar. Düşünürəm ki, bunlar onlar üçün əsas aylardır. Və düşünürəm ki, sentyabr ayına qədər bizim üçün çox çətin olacaq. Bu yaz-yay dövrü həm siyasi, həm də diplomatik baxımdan çətin olacaq. Ukraynaya təzyiq ola bilər. Bu, döyüş meydanında da olacaq", - Zelenski deyib.