Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu rusları Baxmut və Soledarda sıxışdırır, böyük hücuma hazırlıq başlayıb

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib.

Bu barədə “RBC-Ukraina” “DeepState”ə istinadən məlumat yayıb.

Xüsusilə, söhbət Rusiya qoşunlarının üç mövqe itirməsindən gedir.

Xəritə məlumatlarına görə, Rusiya Baxmutdan qərbdə və Xromovodan cənubda yerləşən İvanovskinin cənubunda mövqelərini itirib.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Baxmut rayonunda müvəqqəti işğal olunmuş Kleşiyevkanın qərbində yerləşən Stupoçekdən cənub-şərqdə yerləşən mövqedən Rusiya qoşununu darmadağın edib.

Beləliklə, aydın olur ki, cəbhənin bu hissəsinə Rusiya qoşunlarının bölmələrinin Ukrayna müdafiəçiləri tərəfindən cinahlardan mühasirəyə alınma riski artır.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Spornı (şərqdə) və müvəqqəti işğal olunmuş Soledar (qərbdə) arasında yerləşən Beloqorovka yaxınlığındakı mövqelərdən Rusiya qoşunlarını qovublar.

Bundan əlavə, Ukraynanın müdafiə qüvvələri Rusiyanın qoşunlarına qarşı gözlənilən əks-hücum öncəsi əməliyyatlar “formalaşdırmağa” başlayıb.

Bu barədə ABŞ-ın yüksək rütbəli hərbçisi və Qərb rəsmisi bildirib.

Qeyd edilir ki, bunlar döyüş meydanını irəliləyən qüvvələrə hazırlamaq üçün həyata keçirilən sursat anbarları, komanda mərkəzləri, zirehli və artilleriya sistemləri kimi hədəflərə zərbələr endirməkdən ibarətdir. Birgə əməliyyatlardan əvvəlki belə taktika standart adlanır.

Həmçinin bildirilir ki, Ukrayna ordusu keçən il Xarkov və Xerson vilayətlərində əks-hücuma başlayanda, bundan əvvəl də HİMARS zərbələrindən əlavə, döyüş meydanı yaratmaq üçün hava hücumları da təşkil edib.