Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ukrayna ordusu bu ilin sonunadək Krıma girməlidir" - Kəşfiyyat rəisi

“Bu ilin sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin “Pravda” nəşrinə müsahibəsində söyləyib.

“Müharibənin aktiv fazası ilin sonunadək maksimal düşüşə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o deyib.

K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək.

Kəşfiyyat rəisi müharibənin Rusiya üçün iki ssenari üzrə bitəcəyini irəli sürüb: “Birincisi, Rusiyanın ərazi bütövlüyü formal saxlanması ilə ölkədəki siyasi rəhbərliyin dəyişməsi. Yenə də qeyd edirəm - formal. Bu variantla hamı şəxsən Putini və onun yaxın çevrəsini günahlandıracaq və Rusiyanın bununla heç bir əlaqəsi olmadığını deyəcək. Onlar qoşunlarını dünyanın bütün işğal olunmuş ərazilərindən çıxaracaqlar. İşğal olunmuş ərazilər prinsipcə mənsub olduqları ölkələrə - Gürcüstana, Yaponiyaya, Almaniyaya və s. qayıdacaq. Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa etməyə başlayacaq. Belə deyək, yenidən başlayacaq. Bu, müəyyən müddət işləyəcək. Gələcəyi isə bizə yalnız tarix göstərəcək”.