Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna müdafiə naziri: "Düşmənin müdafiəsini yarmağa hazılaşırıq, müharibə bu il bitəcək"

“Ukrayna Kreml rejimi və Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişlərinə razı olmayacaq”.

Ukrayna KİV-in xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov deyib.

Onun sözlərinə görə, müharibə bu il başa çata bilər: “Rusiya ilə sülh sazişi istisnadır. Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə danışıqlar masası arxasına əyləşməyəcəyini söyləyib. Sosioloji sorğuların nəticəsi də göstərir ki, Ukrayna xalqı sülh yox, qələbə istəyir. Ona görə də bütün tərəfdaşlarımız başa düşməlidirlər: biz güzəştə getməyəcəyik”.

O.Reznikov bildirib ki, hərbi-siyasi rəhbərlik yalnız Ukraynanın şərtləri daxilində danışıqlara hazırdır: “Bizim mövqeyimizdə dəyişiklik olmayacaq”.

O, müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşdıqlarını vurğulayıb: "Ukrayna müdafiə qüvvələri əks-hücuma hazırlaşır: “Amma əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”.

O.Reznikov bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı seçəcək.

Nazir Ukraynadakı savaşı İkinci Dünya müharibəsindən sonra planetin ən böyük müharibəsi adlandırıb: "Bu savaş Qərblə Rusiyanın resurslarının mübarizəsidir".

Xatırladaq ki, daha əvvəl Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının aprel-mart ayında baş tuta biləcəyini söyləmişdi.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını bildirib.