Ukrayna Mariupol limanını bombalayıb
10 İyun 2026
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın nəzarəti altında olan Mariupol Dəniz Ticarət Limanının obyektlərinə zərbə endirib.
Bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram"dakı məlumatında bildirilir.
"Zərbə nəticəsində limanın enerji, təmir və idarəetmə infrastrukturu, həmçinin liman logistikasının fəaliyyətini təmin edən obyektlər zədələnib", – məlumatda qeyd olunub.
Bundan başqa, Rusiya qoşunlarının Mariupol limanından logistika qovşağı kimi istifadə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb.
Rusiya limandan hərbi logistika, həmçinin Ukrayna taxılı, kömürü və metalının ölkəyə qanunsuz daşınması üçün istifadə edirdi.