Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna maliyyə istədi: 50 milyard...

Ukrayna G7 (“Böyük Yeddilik”) ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib.

Bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

Onun sözlərinə görə, dövlət sıfır faizlə kuponlu istiqrazların buraxılması imkanlarını da nəzərdən keçirir. Bu, növbəti 6 ay ərzində müharibə səbəbindən yaranmış büdcə kəsirinin ödənilməsinə kömək edəcək.

Ustenko qeyd edib ki, hazırda bu variantlar fəal şəkildə müzakirə olunur.

Baş nazir Denis Şmıqal isə deyib ki, hazırda büdcə hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi sayəsində doldurulur.