Ukrayna kəşfiyyatı: Tezliklə müharibədə dönüş olacaq
22 Fevral 2023
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bəyan edib ki, Rusiyanın gözlənilən irimiqyaslı hücumu davam edir, lakin onun keyfiyyəti çox aşağıdır.
Pressklub.az xəbər verir ki, Budanov bunu “Forbes”ə müsahibəsində deyib: "Rusların “strateji vəzifəsi” var – martın 31-dək Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq".
Budanov isə bunu mümkün hesab etmir: "Onların xəyal etdiyi budur, amma bunu edə bilməyəcəklər".
Budanovun sözlərinə görə, yazın ortalarından başlayaraq sonuna qədər cəbhədə həlledici döyüşlər gözlənilir ki, bu da müharibədə dönüş nöqtəsinə çevrilə bilər.
Eyni zamanda, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski Associated Press-ə verdiyi açıqlamada Rusiya qoşunlarının fevralın əvvəlindən fəallaşmağa başlaığını bildirib. "Xersonu tərk etdikdən sonra ruslar yenidən qruplaşdılar, bu da 2 ay çəkdi. Rusiya Federasiyası tərəfindən real hücum fevralın əvvəlində başladı: aktiv döyüşlərin başladığı ən azı 4-5 istiqamət. Hər şeyi gözləmək olar - həm raket zərbələri, həm də digər təxribatçı hərəkətlər, lakin Ukrayna müdafiə qüvvələri buna hazırdır”, - deyən Skibitski, çox şeyin qarşıdakı ayların necə olacağından asılı olacağını əlavə edib.