Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna kəşfiyyatı: Rusiya peyk görüntüləri ilə İrana ABŞ obyektlərini vurmaqda kömək edir

Rusiya peykləri Yaxın Şərqdə onlara kritik hərbi obyekt və infrastrukturun detallı görüntüsünü çəkərək İrana təqdim edib.

Bu barədə Ukrayna kəşfiyyatının hesabatında bildirilir.

Burada məqsəd İranın ABŞ qüvvələrinə və digər hədəflərə dəqiq zərbələr endirməsinə kömək etmək olub.

Məlumata əsasən, 21–31 mart tarixləri arasında Rusiya peykləri Yaxın Şərqin 11 ölkəsində yerləşən 46 obyekt üzrə çəkilişlər aparıb. Hədəflər arasında ABŞ hərbi bazaları, hava limanları və neft yataqları olub. Bildirilir ki, çəkilişlərdən cəmi bir neçə gün sonra həmin obyektlər İranın ballistik raketləri və dronlarının zərbəsinə məruz qalıb.

9 çəkiliş “THAAD” radar sistemlərinin yerləşdiyi Səudiyyə Ərəbistanın ərazisi ilə bağlı olub. BƏƏ, İordaniya, Türkiyə, Küveyt, İsrail, Qətər, İraq, Bəhreyn ərazilərindəki obyektlər və "Dieqo-Qarsiya" bazası da müşahidə altına alınıb.

Bildirilir ki, Rusiya həmçinin Hörmüz boğazı üzərində aktiv peyk müşahidələrini davam etdirir.