Ukrayna "Kaça" aerodromuna və Simferopoldakı neft bazasına zərbə endirib
30 Aprel 2026
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krımdakı "Kaça" aerodromuna və Rusiyanın ilhaq etdiyi Simferopoldakı neft bazasına zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, "Kaça" aerodromunda "MR-10" radiolokasiya stansiyası, hava hücumundan müdafiə (HHM) idarəetmə məntəqəsi və "Parol-4" (1L22) yerüstü radiolokasiya sorğu qurğusu vurulub.
Həmçinin, Simferopoldakı "TES" neft bazasına, eləcə də Pervomayskoye ərazisindəki sursat anbarına zərbə endirildiyi bildirilir.
Bundan əlavə, Ukrayna tərəfi Zaporojye, Donetsk və Kursk vilayətlərinin bir sıra rayonlarında HHM sistemi obyektlərinin və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin vurulduğunu bəyan edib.