Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna daha 130 müdafiəçini əsirlikdən geri qaytardı - FOTO

Ukraynada Pasxa bayramında növbəti əsir mübadiləsi həyata keçirilib. 130 müdafiəçi Rusiya əsirliyindən azad olunub.

Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, hərbçilər, sərhədçilər, Milli Qvardiyaçılar, dənizçilər, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əməkdaşları vətənə qayıdıblar. Bunlar, əsasən Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşən sıravi əsgər və çavuşlardır.

Sərbəst buraxılan əsgərlər arasında 48-i itkin düşmüş sayılır. Xilas edilənlərdən bəziləri yaralanıb və əlil olub.

Bildirilib ki, mübadilə son bir neçə gün ərzində mərhələli şəkildə baş tutub.