Logo
news content
User
Kateqoriyalar

Xəbər

UEFA-nın rəhbəri dəyişməyəcək - Ceferin postunda qalır

Xüsusi fövqəladə hal olmasa, növbəti 4 il müddətində UEFA rəhbərliyində dəyişiklik olmayacaq.

Pressklub.az xəbər verir ki, 56 yaşlı sloveniyalı funksioner Aleksander Çeferin UEFA prezidenti postuna yeganə namizəd olduğundan, yenidən seçiləcək.

O, rəqibi olmadığı üçün aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 47-ci UEFA Konqresində 4 illik müddətə yenidən seçiləcək.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir.