Türkiyədə zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 4 nəfər yaralanıb
24 Dekabr 2024
Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Məlumata görə, zavodda silah-sursat - ov və təlim patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.