Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə sursat anbarında partlayış olub, ölənlər var

Türkiyənin Kırıkkale vilayətində sursat anbarı və məhvetmə poliqonunda partlayış baş verib.

Bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, raketə aid sursatın partlaması nəticəsində 2 nəfər həlak olub, 2-si yaralanıb.

Əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.