Türkiyədə seçkilər: Bir milyondan çox vətəndaş səs verib
04 May 2023
Mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərində səsvermə başlayandan (aprelin 27-dən) bu yana bir milyondan çox Türkiyə vətəndaşı xaricdəki seçki məntəqələrində səs verib.
Bu barədə çərşənbə günü axşam Ali Seçki Qurumu məlumat yayıb.
“Mayın 3-ü yerli vaxtla saat 21:30-a olan məlumata görə xarici nümayəndəliklərdə və nəzarət-buraxılış məntəqələrində seçicilərin sayı 1 milyon 7 min 165 nəfər təşkil edib”, - qurumdan bildirilib.
Qeyd olunur ki, 3,4 milyon Türkiyə vətəndaşı xaricdə səs verə biləcək, onlardan 277,6 mini ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə mayın 9-dək davam edəcək.