Türkiyədə preziden seçkiləri: kimlər namizəd oldu?
28 Mart 2023
Türkiyədə prezidentliyə namizəd olmaq istəyənlər üçün imzatoplama prosesi yekunlaşıb.
Pressklub.az xəbər verir ki, Türkiyənin Ali Seçki Qurumu prezidentliyə namizədlərin ilkin rəsmi siyahısını yayıb: Rəcəb Teyyub Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Sinan Oğan.
Qeyd edək ki, prezident seçkilərində iştirak etmək üçün namizədlər 100 min seçici imzası toplamalıydılar. Rəcəb Teyyub Ərdoğan və Kamal Kılıçdaroğlu parlamentdə təmsil olunan partiyaların lideri olduqları və namizədliklərinin də həmin partiyalar tərəfindən irəli sürüldüyündən, onlara seçici imzası tələb olunmur.
Digər namizədlər isə aşağıdakı qədər seçici səsi yığa biliblər:
Muharrem İnce: 111 508
Sinan Oğan: 107 637
Fatih Erbakan: 69 255 (Namizədliyini geri götürüb)
Doğu Perinçek: 27 061
Yakup Türkal: 3137
Erkan Trükten: 2589
Tevfik Ahmet Özal: 1544
İrfan Uzun: 1263
Halil Murat Ünver: 538
Hilmi Özden: 478
Davut Turan: 122
Xatırladaq ki, Məmləkət Partiyasının sədri Muharrem İnce və ATA İttifaqının namizədi Sinan Oğan yetərli sayda - 100 min imza topladıqlarından hər iki siyasətçi seçkilərdə mübarizə aparacaqlar.
Yekun siyahı martın 31-də açıqlanacaq.