Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə niyə tez-tez zəlzələ baş verir?


Bəziləri Türkiyədə bazar ertəsi baş verən zəlzələnin 80 il əvvəl yaşanan zəlzələ ilə eyni gücdə olduğunu deyirlər.





College London Universitetinin seysmologiya üzrə mütəxəssisi Stephen Hicks bildirib ki, 1939-cu ilin dekabrında Türkiyənin şimal-şərq hissəsində 7.8 bal gücündə baş verən əvvəlki ən güclü zəlzələ nəticəsində 30 min nəfər ölmüşdü.





Sonuncu dəfə isə 2020-ci ilin yanvarında Türkiyənin şərqindəki Elazığ şəhərində baş verən 6.7 bal gücündəki zəlzələ isə 41 nəfərin həyatına son qoymuş, 1600-dən çox insan yaralanmışdı.




Zəlzələ harada baş verdi?








Türkiyə, zəlzələ, təbii fəlakət, cəmiyyət, hadisə






Bu səhər Türkiyə və Suriyanı silkələyən zəlzələnin episentri Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhəri yaxınlığında olub.




Lakin 7.8 bal gücündə olan zəlzələ ölkənin hər yerində, eləcə də Suriya, Livan, Kipr və İsraildə də hiss edilib.





Türkiyə dünyanın ən çox zəlzələyə meyilli ərazilərindən biridir




Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir.





Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır.





Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb.





Onlardan çoxu öldürücü həddə olur. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdu.









Türkiyə, zəlzələ, təbii fəlakət








Müvəqqəti hərəkətsiz olan tektonik xətt keçmişdə də dağıdıcı olub




Pallab Ghosh





Elm üzrə müxbir





Zəlzələnin baş verdiyi qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır.





Burada 100 ildən çox müddətdə hər hansı ciddi tektonik fəallıq qeydə alınmasa da, keçmişdə baş verən dağıdıcı zəlzələləri əsas gətirən seysmoloqlar ərazinin çox təhlükəli olduğunu deyirlər.





Xüsusilə də 1882-ci il avqustun 13-də həmin qırılma xəttinin səbəb olduğu 7.4 bal gücündə zəlzələ buna nümunə ola bilər. Lakin həmin zəlzələ bu gün 7.8 bal gücündə baş verən zəlzələdən aşağı olub.





Buna baxmayaraq, 19 əsrdə baş verən zəlzələ həmin ərazidə yerləşən şəhərlərin dağılmasına və tək Hələb şəhərində 7 min nəfərin ölümünə səbəb oldu. Dağıdıcı afterşoklar isə bir ilə yaxın davam etdi.