Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə İŞİD-ə qarşı böyük əməliyyat: 35 əyalətdə 184 şübhəli saxlanılıb

Türkiyədə son iki həftədə 35 əyalətdə keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 184 nəfər saxlanılıb.

Məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, şübhəlilərdən 22-si həbs edilib, 33-ü haqqında məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri barədə araşdırma aparılır.

Məlumata görə, aparılan axtarışlar nəticəsində 8 ədəd qanunsuz tapança, 1 ədəd qanunsuz tüfəng, qruplaşmaya aid çoxlu sayda sənəd və rəqəmsal material müsadirə olunub.