Türkiyədə dağıdıcı zəlzələlərin ölkə sənayesinə vurduğu zərər açıqlandı
26 Mart 2023
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələ nəticəsində ölkənin sənaye müəssisələrinə 170 milyard lirə (təxminən 9 milyard dollar) dəyərində ziyan vurulduğunu bildirib.
Bu barədə nazirliyin rəsmi tvitter hesabında məlumat verilib.
Nazir qeyd edib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min müəssisəsi isə fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Türkiyə Maliyyə Nazirliyində zəlzələlərin ümumi zərəri 105 milyard dollar və ya 2 trilyon lirə olaraq qiymətləndirilib.