Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə çoxmərtəbəli binada yanğın zamanı 12 nəfər ölüb

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.

Türkiyə KİV-i xəbər verir ki, hadisə Posta küçəsində olub. Yanğın nəticəsində 12 nəfər ölüb, 7-si ağır olmaqla 11 nəfər yaralanıb.

Yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən gecə klubunda baş verib. İlkin məlumata görə, yanğına klubda aparılan təmir işləri səbəb olub. Ölən və yaralananların oranın işçiləri olduğu bildirilir.