Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə 7,7 bal gücündə zəlzələ: Ölənlərin sayı minlərlədir - YENİLƏNİB

Türkiyədəki güclü zəlzələdə nəticəsində ölənlərin sayı 2316 nəfərə çatıb.

Pressklub.az xəbər verir ki,  bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 13 293 nəfər yaralanıb, 6 217 bina dağılıb.

Mütəxəssislər ölənlərin sayını bir neçə dəfə arta biləcəyindən narahatdırlar. Onların sözünə görə, dağıntılar altında hələ də yüzlərlə adam qalmaqdadır.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

***

Bu gün Bakı vaxtı ilə 05:17-də Türkiyədə çox güclü zəlzələ olub.

Pressklub.az xəbər verir k, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli ilə 7.7 bala çatıb.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində, eləcə də Suriya, İraq və hətta İsraildə hiss edilib.

İlk titrəyişdən sonra Qaziantep şəhərində 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Zəlzələ nəticəsində çoxsaylı ölənlər və yaralananlar var. Malatyada ən azı 23 nəfərin öldüyü, 420 nəfərin yaralandığı bildirilir. Bölgədə 140-dan çox bina dağılıb.

Adıyamanda 28 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.

Şanlıurfada 15 nəfər ölüb, 30 nəfər yaralanıb. İlkin məlumata görə, 16 bina dağılıb. Diyarbəkirdə 6 nəfər ölüb, 79 nəfər yaralanıb, 6 bina dağılıb.

Osmaniyyə şəhərəində 5 nəfər ölüb. Adanada ən azı 3 bina dağılıb.

Ümumilikdə, ilkin məlumatlara görə, zəlzələ nəticəsində 76 nəfər öıüb, 440 nəfər yaralanıb. Yüzlərlə bina dağlıb.

Artıq Türkiyə hökuməti şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu danışıb.

“Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, - DİN başçısı bildirib.