Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə 35 yaşlı kişi və 7 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldı

Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.

Bu barədə Pressklub.az “TRT haber”ə istinadən xəbər verir.

Eyni zamanda Qırğızıstan xilasediciləri bu gün 7 yaşlı Aliayçiçek adlı uşağı dağıntılar altından çıxarıblar. Bunu isə Özbəkistanın xarici işlər naziri Vladimir Norov tvitter hesabında yazıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.