
Türkiyədə 133 nəfər qidadan zəhərlənib
09 May 2025
Türkiyədə 133 nəfər toyuq ətindən zəhərlənib.
“Habertürk” xəbər verir ki, hadisə Samsun şəhərində qeydə alınıb.
Məlumata görə, 10 fabrikdə çalışan işçilər yedikləri toyuq ətindən zəhərləniblər. Sənaye zonasında yerləşən fabriklərin işçiləri günorta yeməyində eyni iaşə obyektində südlü şirniyyat, toyuq şorbası və düyü yeyiblər. İşçilər qusma, mədə ağrısı, qızdırma, başgicəllənmə və halsızlıq şikayətləri ilə xəstəxanalara müraciət ediblər.
Hazırda onların müalicəsi bir neçə xəstəxanada davam etdirilir.