Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə və Britaniya XİN başçıları görüşüblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kameronla görüşüb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Hakan Fidan və David Kameron regional və ikitərəfli məsələləri, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Nazirlər həmçinin NATO daxilindəki əməkdaşlıq barədə danışıblar.

D.Kameron İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına görə həmkarına təşəkkür edib.