Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

 








Deputatların səsverməsinə çıxarılan təklif qəbul edilib.





Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.

Finlandiya bundan əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı.

Türkiyənin də razılığı ilə onun üzvlüyü mümkün olacaq.

Baş Assambleyada qəbul edilən mətn təsdiq üçün prezident Ərdoğana göndəriləcək.