Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə ordu rəhbərliyi: Azərbaycanın yanındayıq

"Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır".

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.



Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

"Qardaş ölkə Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır".

Bunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə telefon danışığı zamanı deyib.



Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.