Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Mariupol müdafiəçilərini necə xilas etməyə çalışıb: Detallar açıqlandı

Türkiyə Rusiyaya Mariupoldakı Ukrayna hərbçilərini çıxarmağı və onların müharibənin sonuna qədər döyüşməyəcəklərini, Türkiyədə qalacaqlarına zəmanət verməyi təklif edib.

“Ukrinform” xəbər verir ki, bunu Krım tatar xalqının liderlərindən biri Mustafa Cemilev Kiyevdə keçirdiyi brifinqdə deyib.



Cemilovun sözlərinə görə, aprelin sonunda “Azovstal” polad zavodunda yerləşən 36-cı batalyonun komandiri Sergey Volınskidən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana videomüraciət daxil olub. Bu mətn dərhal türkcəyə çevrilərək Ərdoğana göndərilib. Elə həmin gün müraciət prezident və müavininə çatdırılıb.

Ertəsi gün müraciət Türkiyə telekanallarında yayımlanıb və Türkiyənin aparıcı qəzetlərində dərc olunub. Bunun ardınca “Azovstal”dakı bir həkimin oxşar müraciəti daxil olub və o da dərc olunub.

“Bir həftə əvvəl, mayın 4-də Ərdoğanın müşaviri İbrahim Kalın Kiyevə uçub. O, “Azovstal”ı azad etmək üçün nə etdiklərini danışıb. Ərdoğan Putinlə iki dəfə telefonla söhbət edib. Bundan başqa, İbrahim Kalın özü də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb.

Kalın ona dedi: “İstanbul limanında iki min nəfərlik gəmimiz var. Sizinlə razılaşdığımızdan sonra həmin gəmi Berdyansk limanına gələcək. Bu gəmidə avtobuslar olacaq və o avtobuslarda Ukrayna hərbçilərini Mariupoldan Berdyanska gətirəcək. Çünki Mariupol limanı minalanıb. Onlar türk müşahidəçilərinin müşayiəti ilə Berdyanska gedəcəklər və Türkiyə tərəfi öz öhdəsinə götürürük ki, onlar müharibənin sonuna qədər Türkiyə Cümhuriyyətinin qonağı olacaqlar, yəni müharibənin sonuna qədər döyüşməyəcəklər”.

Cemilevin sözlərinə görə, Kalının təklifinə cavab olaraq Şoyqu bildirib ki, Rusiya “mülki əhalini azad etməyə razıdır, hərbçilərə gəlincə, onlar (əsgərlər) təslim olmalıdırlar, onlara normal münasibət təmin edilir və Zelenski onlara təslim olmaq əmri verməlidir”.

Kalın belə cavab verdi: “Qulaq asın, dünyada heç bir Ali Baş komandanın öz hərbçilərinə təslim olun demək haqqı yoxdur. Biz türk vasitəçi tərəfi olaraq sizə mübadilə təklif edirik: sizin mindən çox hərbi əsiriniz var. Onları “Azovstal”dakı hərbçilərə dəyişin.

Lakin bu çağırış nəticə vermədi”, - Cemilev bildirib.