Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Jandarma Komutanı Vətən müharibəsi qazisinə əsa göndərdi – FOTO/VİDEO

“Tərxis  Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup qazilərin qardaş Türkiyəyə səfəri baş tutmuşdu.


Səfər edən qazilərdəndən biri də “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, ehtiyatda olan kapitan Həmidov Mahur Mahir oğludur.



Səfər çərçevəsində Türkiyə Jandarma Komutanı Orgeneral Arif Çətinlə görüş baş tutmuşdur. Qazimizilə söhbət zamanı  gözü Mahurun əsasına sataşan  general ona əsa hədiyyə edəcəyini söz verir.



General Arif Çetinin qazimizə söz verib göndərdiyi əsanı bu  gün “Tərxis  Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli təqdim edib. Mahur Həmidov qazilərə diqqət və qayğıya görə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı  cənab İlham Əliyevə, səfəri təşkil etdiyi üçün Emin Həsənliyə, hədiyyə üçün  Arif Çətinə təşəkkür edib.


https://www.youtube.com/watch?v=zWOmcu8NzA0