
Türkiyə hərbçiləri İraqda terrorçuların 2 kilometrlik mağarasını tapıblar
14 İyul 2025
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 1800 metr uzunluğunda olan mağara 33 otaqdan ibarətdir.
"Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib", - məlumatda qeyd olunub.