Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Ermənistandan terrorçuların abidəsinin sökülməsini tələb edib

Yerevanda terrorçuların abidəsi sökülməsə Türkiyə Ermənistana qarşı yeni addımlar atacaq. Bu barədə bu gün Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu bildirib.

"Biz Osmanlı paşalarını və azərbaycanlı qardaşlarımızı qətlə yetirmiş şəxlsərə abidə ucaldılmasını qəbul etməyəcəyik", deyə Çavuşoğlu telekanallardan birinə müsahibəsində bildirib.

O, əlavə edib ki, Türkiyə tərəfi rəsmi Yerevana xəbərdarlıq edib və abidə sökülməsə Ermənistana qarşı yeni addımlar atacaq.

Buna qədər Türkiyə, baş nazir Paşinyanın təyyarəsi də daxil olmaqla, Ermənistan təyyarələrinin tranziti üçün hava məkanını bağlamışdı.

Aprelin 25-də Yerevanda "Nemezis" əməliyyatında iştirak etmiş bir qrup erməni terrorçunun xatirəsinə ucaldılmış abidə açılıb. 20-ci əsrin əvvəllərində onlar Türkiyə və Azərbaycanın bir neçə yüksək vəzifəli xadimini "erməni soyqırımında" ittiham edərək qətlə yetiriblər.

Ötən həftə baş nazir Nikol Paşinyan abidənin ucaldılmasını tənqid edib, bunun ölkə hökumətinin deyil, yerli bələdiyyənin təşəbbüsü olduğunu bildirib.