Türkiyə Baş Konsulluğuna bomba atılıb
13 May 2022
Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.
“Haber Global” xəbər verir ki, hücum zamanı konsulluğun binasının divarları və pəncərələri zədələnib, xəsarət alan olmayıb.
Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tapmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyıb.