Trampın rəqibləri bir-bir sıradan çıxır
22 Yanvar 2024
Donald Trampın rəqibləri bir-birinin ardınca seçki yarışından çıxırlar. Florida ştatının qubernatoru, respublikaçı Ron Desantis bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.
Siyasətçi bu barədə sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, mən bunu edərdim. Qələbəyə aparan aydın yol yoxdur. Bu gün mən seçki kampaniyamı dayandırdığımı elan edirəm”, - o açıqlayıb.
Desantis həmçinin bu vəzifəyə yenidən seçilmək üçün keçmiş ABŞ lideri Donald Trampa dəstəyini ifadə edib.
“Donald Trampla fikir ayrılıqlarımız olub. Tramp hazırkı prezident Co Baydendən üstündür, bu, göz qabağındadır. Mən ona dəstəyimi bildirirəm", - siyasətçi deyib.