Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp qayıdır?!

2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürən keçmiş prezident Donald Tramp ən yaxın rəqibi Florida ştatının qubernatoru Ron DeSantisi 43 xal qabaqlayır.

Bunu “Morning Consult”un Respublikaçıların praymerizləri arasında keçirdiyi sorğu göstərir.

2024-cü il prezident seçkiləri üçün Respublikaçılar Partiyasında namizədlərin və mümkün adların soruşulduğu sorğuda iştirakçıların yüzdə 61-i Trampı seçib, keçmiş prezidentin partiyada ən yaxın rəqibi olaraq görülən qubernator DeSantis isə 43 səs geriləyərək 18 faizdə qalıb.

Sorğuda keçmiş vitse-prezident Mayk Pens 6 faiz, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş daimi nümayəndəsi Nikki Heyli və respublikaçı namizəd Vivek Ramasvami isə 4 faiz səs toplayıb.