Tramp Kubada rejimi dəyişmək istədiyini açıqlayıb
05 İyun 2026
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişənin nizamlanması başa çatdıqdan sonra Kubada dövlət sistemini dəyişdirmək niyyətində olduğunu açıqlayıb.
ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt, xoşagəlməz bir rejimdən qurtulmalı olacağıq", - Tramp deyib.
Onun sözlərinə görə, İran ətrafındakı vəziyyət hazırda ABŞ üçün prioritet olaraq qalır.
"Mən bir işi digərindən sonra həll etməyə üstünlük verirəm. Biz İran İslam Respublikası ilə məşğul olacağıq və bu edildikdən sonra geri dönərkən bunu etmək üçün qısa müddətə dayanacağıq. Biz onlara kömək etmək istəyirik", - ABŞ Prezidenti əlavə edib.