Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm

İranda rejim dəyişikliyi axtarışında deyiləm.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

“Mən rejim dəyişikliyi axtarışında deyiləm. Əslində, bu elə rejim dəyişikliyidir. Birinci rejim getdi, ikinci rejim də getdi. Bu, üçüncü rejimdir və düşünürəm ki, bu rejim daha məntiqli davranır”, - Tramp qeyd edib.

O, İranla müharibəyə başlayanda əsas məqsədinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bildirib.

Tramp ABŞ-ın İranda olan “nüvə tozu”nu (400 kq-dan çox zənginləşdirilmiş uran maddəsi) alacağını da vurğulayıb.