"Traktor" İran Superkubokunun qalibi olub
12 Avqust 2025
"Traktor" futbol üzrə İran Superkubokunun qalibi olub.
Son ölkə çempionu olan Təbriz klubu həlledici oyunda “İstiqlal”ı üstələyib.
"Nəqşi Cahan" stadionunda baş tutan görüş "Traktor"un 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, "Traktor" ötən mövsüm İran çempionatının qalibi olub.