Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tokayev qazaxlara səsləndi: "Suverenliyimiz qorumağa hazır olun"

"Qeyri-sabit geosiyasət, yeni təhlükə və çağırışlar şəraitində biz milli maraqlarımızı, suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq".

Qazaxıstan KİV-i xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət mükafatları, ali hərbi və xüsusi, eləcə də məmur rütbələrinin təltifi mərasimində bildirib.

“Ona görə də müdafiə potensialımızı gücləndirmək bizim həmişə vacib prioritetimiz olacaq”, - Kasım-Jomart Tokayev vurğulayıb.

Onun sözlərinə görə, müasir və yaxşı silahlanmış ordu Qazaxıstan dövlətinin etibarlı dayağıdır.