Logo
news content
User
Kateqoriyalar

Xəbər

Toivo Klaar: "Sülh müqaviləsini yaxın zamanda imzalaması real məsələdir"

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması real məsələdir, bütün elementlər masadadır. Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib.

Onun sözlərinə görə, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb:

“Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq və kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı tərəfdaşlar dəstək verə biləcək tərəf ola bilərlər”. (APA)