Toivo Klaar Laçın yolunda vəziyyəti müzakirə üçün Bakıya gəlir
23 Yanvar 2023
Bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevana birgünlük səfər edib.
O, Twitter hesabında yazıb ki, Laçın dəhlizindəki vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ətrafında müzakirələr aparacaq.
Diplomatik mənbələrin məlumatına görə, Klaar eyni məsələləri müzakirə etmək üçün Yerevandan Bakıya gələcək.
Xatırladaq ki, yanvarın 17-də Avropa İttifaqı bildirib ki, Ermənistan və Azərbaycan sərhədinə 200 nəfərdən ibarət uzunmüddətli (2 il müddətinə) missiya göndərmək niyyətindir. Bu barədə yekun qərar bu gün Brüsseldə qəbul edilməlidir.
Bundan öncə Turan agentliyinin sorğusuna cavab olaraq Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin ofisindən bildiriblər ki, Ermənistan-Azərbaycan sərhədinə uzunmüddətli missiyanın göndərilməsi “mümkündür”.
“Hazırda keçid planlaşdırması üzrə yardım qrupu fəaliyyətə başlayıb. O, regionda davamlı sülhə yardım etmək üçün Avropa İttifaqının Ermənistanda mümkün uzunmüddətli missiyası üçün zəmin yaradır”.