“The Washington Post”: “Ukrayna Rusiyanın kiçik şəhərlərini ələ keçirə bilər” - FOTO
27 Aprel 2023
“Ukraynalı müdafiəçilər Birinci Çeçen müharibəsi strategiyası üzrə hərəkət edərək Rusiya yaşayış məntəqələrini Kremlə qarşı təsir rıçaqları kimi istifadə edə bilərlər”.
Bu sözləri “Azov” briqadasının komandiri səlahiyyətlərini icra edən Boqdan Kroteviç deyib.
O qeyd edib ki, Ukrayna əks-hücum əməliyyatı zamanı Rusiyanın kiçik şəhərlərini ələ keçirə bilər. Boqdan Kroteviç “The Washington Post” qəzetinə müsahibəsində bu barədə fikrini bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatını şərh edib. Boqdan Kroteviç Birinci Rusiya-Çeçen müharibəsini xatırladıb. Onun sözlərinə görə, bu zaman Çeçen qoşunları Rusiya Federasiyasının kiçik şəhərlərini ələ keçirmək strategiyasını reallaşdırmağa başlayıblar ki, bu şəhərlər sonradan Kremlə qarşı təsir rıçaqları kimi istifadə olunub.
Buna görə də Kroteviç vurğulayıb ki, Ukrayna da analoji addımı ata bilər.
“Azovstal” təcrübəmiz deyir ki, hər vəziyyətdən çıxış yolu var. Əksəriyyət düşünürdü ki, müharibə tez bitəcək və ya bir başqasının bizim yerimizə qalib gələcək. Bu baş vermədi”, - deyə o əlavə edib.