Logo
news content
User
Kateqoriyalar

Xəbər

The Washington Post: "Ermənistan regionda çıxılmaz vəziyyətdə qalacaq"

Ukraynadakı müharibə fonunda Ermənistanla onun qonşuları olan Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş ehtimalı getdikcə azalır.

Bu barədə “The Washington Post” nəşrinin köşə yazarı, erməni əsilli jurnalist Deyvid İqnatius yazıb.

Erməni əsilli jurnalistin sözlərinə görə, Ukrayna böhranına görə Cənubi Qafqazın problemləri regionda maraqlı olan ölkələr üçün ikinci plana keçə, bu məsələ ABŞ və Rusiya üçün təmas nöqtəsi ola bilər.

Məqalə müəllifi qeyd edir ki, həm Rusiya, həm də Qərb bu prosesləri öz çətiri altında saxlamağa çalışır.

İqnatius bildirib ki, Ermənistanın “məcburi sülh”dən yayınması üçün ABŞ və Avropa proseslərə, eləcə də Moskvanın boykot etdiyi ATƏT-in Minsk qrupunun dirçəlişinə cəlb edilməlidir.

“Eyni zamanda, Avropa İttifaqının vasitəçi rolunda fəallığı nəzərə çarpır, onun səyləri ilə ötən ay Brüsseldə İlham Əliyev-Paşinyan görüşü baş tutub. Biz təkcə keçmişə deyil, həm də gələcəyə baxmalıyıq. Ermənistan qonşuları ilə barışmaz şəkildə oynamağa davam edərsə, regionumuz çıxılmaz vəziyyətdə qalacaq”, - deyə müəllif vurğulayıb.