Logo
news content
User
Kateqoriyalar

Xəbər

“The Best” mükafatı: FIFA ötən ilin ən yaxşılarının adlarını açıqlayıb

FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib.

2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.

Ötən ilin ən yaxşı futbolçusu ABŞ-nin “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi seçilib. Lakin futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib.

Nominasiyalar üzrə qaliblər aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter Mayami”/Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti”/İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi/İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti”/Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Erps (“Mançester Yunayted”/İngiltərə)

Fair Play mükafatı

Braziliya milli komandası

“Puşkaş mükafatı”

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

“Ən yaxşı azarkeş” mükafatı

Hüqo Daniel

“İlin rəmzi komandası”

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Cud Bellinqem

Hücumçular: Lionel Messi, Erlinq Holann, Kilian Mbappe, Vinisius.