“Terror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu” - Xələf Xələfov
29 Yanvar 2023
“Terror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, bu ziyanın vurulmasında bütün məsuliyyət İran dövlətinin üzərinə düşür:
“İran dövlətində hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı - həm mətbuatda, həm ictimaiyyətdə. Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib”.
“Terror aktının baş verməsindən dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar. Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır”, - X.Xələfov qeyd edib.